Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Milli.Az oxu.az -a istinadən bildirir ki,  bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib. Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)