Misir 1/8 finalda - DÇ-2026
DÇ-2026-da 1/16 final mərhələsi davam edir. Milli.Az xəbər verir ki, bu gün daha 3 görüş keçirilib. Əvvəlcə Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər. Matçda Portuqaliya 2:1 hesablı qələbə qazanıb. Bu komanda 1/8 finalda İspaniyaya rəqib olacaq. Digər oyunda İsveçrə Əlcəzairlə qarşılaşıb və 2:0 hesabı ilə üstün olub. Sözügedən yığma 1/8 finalda Kolumbiya-Qana cütünün güclüsü ilə üz-üzə gələcək. Günün son matçında isə Avstraliya və Misir yığmaları qarşılaşıb. Görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan misirlilər 1/8 finala adlayıblar. 3 iyul DÇ-2026 1/16 final Portuqaliya - Xorvatiya - 2:1 Qollar: İvan Perişiç, 53 (0:1), Kriştiano Ronaldo, 68-pen; (1:1), Qonçalo Ramos, 90+4 (2:1) İsveçrə - Əlcəzair - 2:0 Qollar: Breel Embolo, 10, Den Ndoye, 46 Avstraliya - Misir - 1:1, pen - 2:4 Qollar: Emam Aşur, 13 (0:1), Mohamed Hani, 55-avtoqol (1:1) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin