İstanbulun bir hissəsini su basdı - (Foto)
Türkiyənin İstanbul bölgəsinə yağan leysan nəticəsində küçələri su basıb, nəqliyyatın hərəkətində çətinlik yaşanıb. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Haber Global" yayıb. Bildirilib ki, İstanbulun Beşiktaş, Fatih, Şişli, Bakırköy, Sultangazi və Kağıthane rayonlarında göy guruldayıb, leysan yağıb. Nəticədə güclü yağışın təsiri ilə yollarda gölməçə yaranıb, piyada keçidlərini su basıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin