Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb. Milli.Az bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub. Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb. Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər: "Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin