Müayinə üçün xəstəxanaya getmişdi — Öldü
Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb. “Qafqazinfo” xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib. Belə ki, MRT müayinəsinə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş. Yunis Quliyev

Şərh verin