"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)

"Beşiktaş" klubu 20 milyon avroluq transferə hazırlaşır. Milli.Az xəbər verir ki, ​"Arsenal"ın belçikalı hücumçusu Leandro Trosar karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. ​Hər iki klub arasında keçidlə bağlı tam razılıq əldə olunub. Transferin dəyəri 18 milyon avro təşkil edir. Müqavilədə, həmçinin 2 milyon avro bonus da nəzərdə tutulub. ​Yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir. (Offsideplus.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)