Putin Trampla telefonla danışdı
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Milli.Az axar.az -a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Telefon danışığında Putin həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib. Uşakov qeyd edib ki, Vladimir Putin və Donald Tramp söhbət zamanı Ukrayna münaqişəsini də müzakirə ediblər: "Prezidentlər, təbii ki, Ukrayna münaqişəsinin həlli mövzusuna, o cümlədən Donald Trampın 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirakı məsələsinə toxunublar". Liderlər əlaqə saxlamağa və yaxın gələcəkdə yenidən bir-birlərinə zəng etməyə razılaşıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin