Goranboyda heyvanlar minaya düşdü

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb. Kənd sakininə məxsus xırda buynuzla mal-qara piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yunis Quliyev