Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "Hyundai" markalı minik maşınları toqquşub. Nəticədə "VAZ 2106"-nın sürücüsü 1962-ci il təvəllüdlü E.Məmmədov ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin