Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəvi şəkildə həyatını itirib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, Fərman Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin