Şəmkirdə ağır qəza — Ölən var

Şəmkirdə ağır yol qəzası olub. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2106” avtomobil digər minik maşını ilə toqquşub. Nəticədə “VAZ 2106” avtomobilinin sürücüsü, Şəmkirin Qədimqala kənd sakini, 1962-ci il təvəllüdlü Eldəniz Mətiyev ölüb, 1981-ci il təvəllüdü Elnur Hüseynov Nürəddin oğlu, 2002-ci il təvəllüdlü Ceyhun Salmanov və 1968-ci il təvəllüdlü Həqiqət Gözəlova yaralanıb. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev