Avtomobil traktorla toqquşdu — Xəsarət alan var - Video

Göyçayda xəsarətlə nəticələnən yol qəzası olub. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Göyçay-Ucar yolunun Çərəkə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Daewoo” markalı minik maşını digər hərəkətdə olan traktorla toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə traktorun qoşqusu aşıb və qoşqunun içərisində olan Göyçay rayon Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev