Kiyev "İsgəndər"lə vuruldu: 10 ölü, 46 yaralı var

Kiyevə kütləvi raket və dron zərbələri nəticəsində mülki insanlar arasında ölənlərin sayı 10 nəfərə çatıb, 46 nəfər isə yaralanıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram səhifəsində yazıb. Kiyevin müxtəlif rayonlarında 20-ə yaxın ərazidə dağıntı qeydə alınıb. Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Rəqəmlərin dəyişəcəyi istisna edilmir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)