Kiyev raket və dronlarla vuruldu, 11 ölü — Video - Fotolar
Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. “Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib. Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib. Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı bildirilir. Rusiya tərəfi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinin vurulduğunu iddia etsə də, Kiyev çoxmərtəbəli yaşayış binasının hücuma məruz qaldığını açıqlayıb.

Şərh verin