41 yaşlı kişini maşın vurub öldürdü — Foto
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü rayon sakini Amid Əsgərovu minik avtomobili vurub. O aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin