Formula 1 daha 4 il Azərbaycanda keçiriləcək

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin müddəti daha 4 il uzadılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. Anlaşmaya əsasən, yarış 2030-cu ilədək Azərbaycanda keçiriləcək. Qeyd edək ki, Formula 1 2016-cı ildən ölkəmizdə keçirilir.