Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin