50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü — Yenilənib

Daşkəsəndə döyülmə faktı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zivlən kəndində baş verib. Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən ağır kəllə-beyin travması ilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun baş nahiyəsində iki ağır zərbənin izi və sol qulağında açıq yara aşkar edilib. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə vurub. *** Əldə etdiyimiz məlumata görə, mübahisə həyətyanı sahədə heyvan otarılması üstündə baş verib. Hadisə ilə bağlı tərəflər polisə müraciət ediblər. Hazırda müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılır. Yunis Quliyev