Venesuela millisinin kapitanı zəlzələ qurbanı oldu
Venesuela voleybol millisinin kapitanı Vilner Rivas ölkədə baş verən dağıdıcı zəlzələ zamanı həyatını itirib. Məlumata görə, 31 yaşlı idmançı təbii fəlakət nəticəsində həyat yoldaşı və oğlu ilə birlikdə həlak olub. Onun iyunun 27-dən etibarən itkin düşdüyü bildirilsə də, sonradan faciəvi xəbər rəsmən təsdiqlənib. Hadisə ilə bağlı Venesuela Voleybol Federasiyası rəsmi açıqlama yayaraq Vilner Rivasın vəfatından dərin kədər hissi keçirdiklərini bildirib. Federasiya idmançının ailəsinə, yaxınlarına və komanda yoldaşlarına başsağlığı verib. Qeyd edək ki, Vilner Rivas növbəti mövsümdən etibarən İspaniyanın "Quaqas" klubunun formasını geyinməyə hazırlaşırdı. Xatırladaq ki, Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ ölkədə ağır fəsadlara səbəb olub. Ardıcıl qeydə alınan 7,2 və 7,5 bal gücündə yeraltı təkanlar nəticəsində minlərlə insan həyatını itirib, çox sayda yaşayış məntəqəsi ciddi zərər görüb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin