“KamAz” və TIR toqquşdu — Foto

Gəncədə yük maşınları qəza törədib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb. Belə ki, “KamAz” markalı yük maşını TIR-la toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır. Yunis Quliyev