“Sabah” - TNS-i məğlub edib (Video)
UEFA Çempionlar Liqası: Sabah TNS komandasını məğlub edib - YENİLƏNİB-5 "Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb. Milli.Az-ın məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib. Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib. Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək. ------------- Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS (Uels) matçı start heyətlər açıqlanıb. Milli.Az xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar: "Sabah": Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina. TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz. Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin