Naxçıvanda avtobus dərəyə aşdı, 16 yaralı var — Fotolar - Yenilənib
Naxçıvanda avtobus qəzaya düşüb. “Qafqazinfo” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb. Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub. *** “Report”un məlumatına görə, qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub. Hadisə nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb. Yaralı şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Şərh verin