Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan açıqlama

Hüquq-mühafizə orqanlarından bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Xaçmaz rayonunda korrupsiya əməliyyatı keçirilməyib. Milli.Az xəbər verir ki, YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib. "Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam". O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib: "Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)