Samuxda ağır qəza — 3 nəfər öldü - Yenilənib

Samuxda ağır yol qəzası baş veribə “Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb. *** Qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub. Hadisə zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Fəridə Əhmədova və 1962-ci il təvəllüdlü Aqilə Alıyeva həyatını itirib. 17 yaşlı Əhməd Əhmədov isə xəsarət alıb. Yunis Quliyev