"Kızılcık Şerbeti"nin məşhur aktyoru 20 ildir psixiatrik müalicə alır

"Kızılcık Şerbeti" serialının aktyoru Ahmet Mümtaz Taylan şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Ceren Benderlioğlunun təqdim etdiyi "Dile Kolay" yutub proqramında uzun illərdir psixiatrik dəstək aldığını bildirib. O, artıq 20 ildir mütəmadi şəkildə mütəxəssis nəzarətində olduğunu açıqlayıb. Ahmet Mümtaz Taylan həyatının müəyyən dövrlərində depressiya ilə təkbaşına mübarizə aparmağa çalışdığını, lakin sonradan bunun doğru yol olmadığını anladığını etiraf edib. Onun sözlərinə görə, peşəkar dəstək almaq bu prosesdə mühüm rol oynayıb. Aktyor psixoloji çətinliklərlə üzləşən insanlara da müraciət edərək belə hallarda utanmadan və vaxt itirmədən mütəxəssisə üz tutmağın vacibliyini vurğulayıb. Sənətçinin səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirə olunub və izləyicilər tərəfindən dəstək mesajları ilə qarşılanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)