Bakıda 88 yaşlı qadın evində ölü tapıldı
Bakıda 88 yaşlı qadın evində ölü tapılıb. Milli.Az xəbər verir ki, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin