Xalq artistinin bloqer qızının müğənni əri ilə maraqlı rəqsi - (Video)
Xalq artisti Mələkxanım Eyyubovanın bloqer qızı Nəzrin və həyat yoldaşı, müğənni Mərdan Kazımovun paylaşdığı rəqs görüntüləri sosial şəbəkələrdə diqqət çəkib. Milli.Az xəbər verir ki, cütlüyün səmimi və əyləncəli anlarını əks etdirən video qısa zamanda izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Paylaşımda onların birlikdə rəqs edərək xoş vaxt keçirdiyi anlar yer alıb. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib, cütlüyə çoxsaylı xoş sözlər və ürək emojiləri yazılıb. Həmin görüntünü təqdim edirik: Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin