Balakən və Ağstafada güclü yağışın fəsadları aradan qaldırılır — Video
Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində intensiv yağan yağışlar nəticəsində su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, əməliyyatlara nazirliyin Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Şərh verin