Fransa yarımfinalın ilk komandası oldu — Yenilənib - Video

Bu gün DÇ-2026-da 1/4 final mərhələsi start götürəcək. “Qafqazinfo” xəbər verir ki, ilk gündə Fransa millisi Boston stadionunda Mərakeşlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. DÇ-2026, 1/4 final mərhələsi 10 iyul 00:00. Fransa - Mərakeş *** Matç başladı. *** 28-ci dəqiqədə Mbappenin zərbəsini Mərakeşin qapıçısı Bonu dəf etdi. *** İlk hissə bitdi. *** İkinci hissə başladı. *** Mbappe hesabı açır. O, 60-cı dəqiqədə fərqlənir. *** Osman Dembele 66-cı dəqiqədə hesabı 2:0 edir. *** Matç başa çatdı. Fransa DÇ-nin yarımfinalına adlayan ilk komanda oldu.