16 yaşlı yeniyetmə bıçaqlandı
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyəsindən bıçaq yarası alıb. Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin