Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2010-cu il təvəllüdlü Ə.S. bud nahiyyəsindən bıçaq yarası alıb. Onun həmyaşıdı A.A. hadisəni törətməkdə şübhəli bilinir. Yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)