Bakıda velosiped və skuter sürənlərin nəzərinə - İşıqforların sayı artırıldı - (Foto)

Paytaxtda velosiped və kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizliyinin artırılması istiqamətində yeni addım atılıb. Milli.Az xəbər verir ki, məlumata görə, Bakı şəhərində 19 yolayrıcında mövcud işıqfor sistemlərinə ümumilikdə 42 velosiped bölməsi əlavə edilərək istifadəyə verilib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində yeni bölmələr Nəsimi və Yasamal rayonlarındakı bir sıra işıqforlarda quraşdırılıb. Bildirilib ki, velosiped işıqforları müasir LED texnologiyası ilə təchiz olunub və onların məqsədi hərəkət iştirakçılarının təhlükəsizliyini daha da gücləndirməkdir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)