“Araz-Naxçıvan” “Qarabağ”a, “Sumqayıt” “Neftçi”yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq. “Araz-Naxçıvan” son çempion “Qarabağ”la qarşılaşacaq. Turun son oyunu isə “Sumqayıt”la “Neftçi” arasında keçiriləcək. Daha öncə “Karvan-Yevlax” “İmişli”yə 0:3 hesabıyla uduzubsa, “Zirə” “Şamaxı”ya (2:1), “Qəbələ” “Kəpəz”ə (3:0), “Sabah” isə “Turan Tovuz”a (2:0) qalib gəlib. Azərbaycan Premyer Liqası 5-ci tur 21 sentyabr 17:00. “Araz-Naxçıvan” – “Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev “Liv Bona Dea Arena”. 19:30. “Sumqayıt” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Şərh verin