Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi ərazilərdə isə küləyin güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Paytaxtda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz arasında dəyişəcək. Rayonlarda da əksər ərazilərdə əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, şimşək, ayrı-ayrı yerlərdə isə dolu ehtimalı var. Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti, bəzi yerlərdə 32 dərəcəyə yaxın isti hava gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)