Ana-bala birlikdə məzun oldu
Bakıda ana və qızı birlikdə universitetdən məzun olublar. Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" məlumat yayıb. Bildirilib ki, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə ADPU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisasına 389 balla qəbul olub. Həmin il qızı Nərmin Qasımova isə BDU-nun Hüquq fakültəsinə 638,4 balla daxil olub. Ana 40 yaşında başladığı ali təhsilini 44 yaşında bu il fərqlənmə diploma ilə bitirib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin