64 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qoçaqlı kəndində baş verib. Belə ki,1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağında iş görən zaman yıxılıb və hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov