İranın Qeşm adasına 10-dan artıq raket atılıb

Bazar günü axşam saatlarında İranın Qeşm adasına 10-11 raket atılıb. Milli.Az APA -ya istinadən bildirir ki, bu barədə İranın İRNA agentliyinə açıqlaması zamanı Qeşm valisi Hüseyn Əmir Teymuri məlumat verib. "Bütün hədəflər hərbi obyektlər idi. Xoşbəxtlikdən, bu hücumlar heç bir itkiyə səbəb olmayıb", - Teymuri deyib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)