Gəncədə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama - yenilənib
İyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bu barədə Milli.Az-a agentlikdən məlumat verilib. "İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub. --------------- Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. --------- Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Onlar arasında azyaşlılar da var. İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır: Nuriyə Rüstəmova (1962) Amin Teymurlu (1986) İ. Məmmədov (2017) Z. Hüseynova (2015) U. İsyaev (2020) Bənövşə Əliyeva (1963) Sevil Hüseynova (1987) Mahirə İsmayılova (1983) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin