Şəxsi səbəblərə görə istefa verir

Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina şəxsi səbəblərə görə istefa ərizəsi təqdim edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb. Bildirilib ki, Stefanişina ötən həftə diplomatik fəaliyyətini başa çatdırmaq istədiyini bildirib. Məlumata görə, onun yerinə Ukraynanın sabiq Baş naziri Yuliya Sviridenkonun təyin oluna biləcəyi ehtimal edilir.