Kəlbəcərə istirahətə gedən azyaşlı çaya düşdü — Yenilənib

Kəlbəcərdə azyaşlı uşaq çaya düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb. Belə ki, 11 yaşlı Z.Abutalıbov çaya düşüb. Hazırda yeniyetmənin axtarışları davam etdirilir. *** Məlumata görə, Çəpli kəndi ərazisində çaya düşən 2015-ci il təvəllüdlü Z. Abutalıbov Bərdə rayon sakinidir. İlkin xəbərə görə, onun yaxınları Kəlbəcər rayonuna təsərrüfatlarını gətirib. Z. Abutalıbov da Kəlbəcərə yaxınlarının yanına istirahətə gəlibmiş. Hazırda onun axtarışları davam edir. Yunis Quliyev