Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər

ABŞ-nin MLS-də çıxış edən futbol klubu "Kolambus Kryu" İngiltərə Çempionşip klubu "Börnli" ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki,  qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib. Qeyd edək ki, oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib. Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi "Kolambus Kryu"nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1. Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)