Ferstappen Azərbaycan Qran-prisinin qalibi oldu

Bakıda keçirilən “Formula 1”​ Azərbaycan Qran-Prisində 2025-ci ilin yarışı başa çatıb. “Qafqazinfo” xəbər verir ki, “Red Bull” pilotu Maks Ferstappen yarışı birinci pillədə tamamlayıb. “Mercedes”dən Corc Rassell ikinci, “Uilyams”dan Karlos Sayns isə üçüncü olub.