İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü
İsmayıllı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Milli.Az xəbər verir ki, 5 yaşlı T.Teymurlu hovuzda üzərkən boğulub. Nəticədə o, vəfat edib. Hadisə rayonun Talıstan kəndində yerləşən evlərin birində baş verib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin