Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
Türkiyəli sənətçi Haluk Levent və Ahbap Dərnəyi ilə bağlı irəli sürülən ciddi maliyyə ittihamları gündəm yaradıb. Milli.Az xəbər verir ki, yayılan məlumatlara görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Haluk Levent "Dərnəklər Qanununu pozma", "çirkli pulların yuyulması" və digər maddələr üzrə araşdırmaya cəlb olunub. İddialara əsasən, Kahramanmaraş zəlzələsindən sonra yardım məqsədilə toplanan vəsaitlərin bir hissəsinin təyinatı üzrə istifadə edilmədiyi, bəzi daşınmaz əmlakların isə müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi bildirilir. İstintaq materiallarında bunun nəticəsində milyonlarla dollar həcmində zərərin yarandığı qeyd olunur. Prokurorluğun açıqlamasında həmçinin bəzi hesablar vasitəsilə iri məbləğli pul köçürmələrinin həyata keçirildiyi və bu əməliyyatların araşdırıldığı vurğulanıb. Məlumata görə, istintaq çərçivəsində Haluk Levent saxlanılıb və onunla bağlı hüquqi prosedurlar davam etdirilir. Ahbap Dərnəyinin fəaliyyətinə dair maliyyə əməliyyatları da yoxlanılır. Qeyd edək ki, ittihamlarla bağlı yekun məhkəmə qərarı hələ açıqlanmayıb və araşdırma davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin