Əməkdar müəllim vəfat etdi - FOTO
Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində uzun illər direktor vəzifəsində işləmiş Əlisultan İbrahimov vəfat edib. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Əlisultan İbrahimov 1957-ci il 20 avqust tarixində Rəncbər kəndində anadan olub. 1964-74-cü illərdə Rəncbər kənd tam orta məktəbində təhsil alıb. 1974-cü ildə APU-un Riyaziyyat fakültəsində "Riyaziyyat müəllimi" ixtisası üzrə təhsil alıb. Daha sonra Rəncbər kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi çalışmağa başlayan Əlisultan İbrahimov 1994-2022-ci illərdə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Milli.Az

Şərh verin