Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
Bakının Qaradağ və Nəsimi rayonlarında baş verən soyğunçuluq və oğurluq hadisələrinin şübhəliləri polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Qaradağ rayonunda yerləşən marketlərdən birində yeniyetməyə qarşı soyğunçuluq edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun zərərçəkənin pulunu xırdalamaq bəhanəsi ilə alaraq hadisə yerindən uzaqlaşdığı müəyyən edilib. Digər hadisə Nəsimi rayonunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Buradan mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı N.Ağamuradov da polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, o, oğurladığı telefondakı mobil bank tətbiqindən istifadə edərək hesabdakı pul vəsaitini də xərcləyib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin