Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu müddətdə sözügedən ərazilərdə fasilələrlə yağıntı olacaq. Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı yerlərdə yağıntılar lokal leysan xarakteri daşıyacaq, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Məlumatda həmçinin bildirilib ki, intensiv yağıntılar səbəbindən bəzi dağ çaylarında sululuğun artması da gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)