IV Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb - (Foto)
IV Şuşa Qlobal Media Forumunun "Sülhün təşviqində medianın rolu: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən ikinci günü öz işinə başlayıb. Milli.Az Trend -ə istinadən xəbər verir ki, forumun ikinci günündə iştirakçılar dünya mediasının üzləşdiyi müasir çağırışları, jurnalistikanın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində rolunu, eləcə də dezinformasiyanın yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər. Proqrama panel müzakirələri, beynəlxalq ekspertlərin və aparıcı media qurumlarının nümayəndələrinin çıxışları daxildir. İyulun 13-14-də keçirilən forum media sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, informasiya məkanının dayanıqlılığının artırılması və qlobal dialoqun gücləndirilməsi məsələlərinə həsr olunub. Xəbər yenilənir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin