Bakıda və bölgələrdə güclü külək olacaq - Xəbərdarlıq edildi
Milli Hidrometeorologiya Xidməti iyulun 15-16-sı üçün Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü küləklə əlaqədar sarı xəbərdarlıq elan edib. Milli.Az xəbər verir ki, məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Eyni zamanda Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad və Culfa rayonlarında şərq küləyinin əsəcəyi proqnozlaşdırılır. Xidmətin məlumatına görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin