“Fənərbaxça”nın yeni prezidenti o oldu — Ali Koç getdi - Rəsmi

Türkiyənin “Fənərbaxça” klubu bu gün növbədənkənar ümumi seçki keçirib. “Qafqazinfo” xəbər verir ki, seçkilərə əsasən klubun yeni prezidenti məlum olacaq. Ali Koç və Sadettin Saran arasında aparılan mübarizədə qeyri-rəsmi nəticələr Saranın yeni prezident seçildiyini göstərir. İdarə Heyətinin sədri Şekip Mosturoğlu rəsmi nəticələri 15 dəqiqə sonra açıqlayacağını bildirib. *** “Fənərbaxça”da Ali Koç dönəmi başa çatıb, yeni prezident Sadettin Saran olub. *** “Fənərbaxça” klubu yeni prezidentin Sadettin Saran olduğunu təsdiqləyib. Klub bununla bağlı instaqram hesabında paylaşım edərək Saranın 12,325 səslə qalib gəldiyini açıqlayıb.